
DİN-də seçki ilə bağlı tədbirlər planı hazırlanıb
Avqustun 18-də Azərbaycan Daxili İşlər Nazirliyində bu il noyabrın 7-də keçiriləcək parlament seçkisi ilə bağlı xüsusi tədbirlər planı hazırlanaraq təsdiqlənib. APA-nın xəbərinə görə, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov məlumat verib. O bildirib ki, həmin tədbirlər planı yerli polis orqanlarına göndərilib. Tədbirlər planında seçki prosesi zamanı asayişin qorunması, seçkinin gedişinə, seçkinin gedişi zamanı “exit-poll” keçirilməsinə müdaxilənin və digər qanunazidd halların qarşısının alınması yer alıb.
Tədbirlər planının 2-ci bəndində noyabrın 5-dən 9-dək Azərbaycan polisinin gücləndirilmiş iş rejimində çalışması nəzərdə tutulub.
“Ancaq əmin ola bilərsiniz ki, Azərbaycan polisi həmişə gücləndirilmiş rejimdə işləyir”, - deyə O. Zalov bildirib.
Tədbirlər planının 2-ci bəndində noyabrın 5-dən 9-dək Azərbaycan polisinin gücləndirilmiş iş rejimində çalışması nəzərdə tutulub.
“Ancaq əmin ola bilərsiniz ki, Azərbaycan polisi həmişə gücləndirilmiş rejimdə işləyir”, - deyə O. Zalov bildirib.
Oxşar yazılar

İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16