Azərbaycan xarici şirkətlərlə hərbi-sənaye sahəsində müqavilə imzalayacaq
Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçiriləcək Afrika Aerokosmik və Müdafiə - “AAD-2010” müdafiə sərgisi çərçivəsində Azərbaycanla bir neçə xarici şirkət arasında müştərək istehsala dair müqavilənin imzalanması nəzərdə tutulur.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Məlumata görə, sentyabrın 21-dən 25-dək davam edəcək sərgi çərçivəsində imzalanacaq bu müqavilələrdən biri “Paramount Group” şirkəti ilə yeni texnikaların istehsalına dair olacaq. Başqa bir müqavilənin isə “Paramount Group”la aviasiya sektorunda əməkdaşlığa dair olacağı bildirilsə də, müqavilənin ümumilikdə özündə nəyi ehtiva edəcəyi açıqlanmayıb.
Mənbənin məlumatına görə, sərgi çərçivəsində Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərinin rəhbərləri ilə görüşlərin keçirilməsi və əməkdaşlıq imkanlarının müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, bir müddət əvvəl “Paramount Group” aviasiya texnologiyaları və təyyarələrin istehsalı üzrə ixtisaslaşmış “Aerosud” şirkətinin səhmdarları sırasına daxil olub. Şirkətin direktoru Con Kreyq də APA-ya açıqlamasında Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə bir yerdə digər layihələri nəzərdən keçirdiklərini bildirib. Şirkət rəsmisi aviasiya və digər sahələrdə də birgə layihələrin həyata keçirilməsi üçün işlər aparıldığını vurğulayıb.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07