Rəsulzadənin nəvəsinin təşkilatı iclas keçirdi
Bu gün Siyasi Repressiya Qurbanları Assosiasiyası (SRQA) İdarə Heyətinin iclası keçirilib. Bu barədə Lent.az-a təşkilatdan bildirilib.
İclasda 2010-cu il üçün iş planı müzakirə edilərək qəbul olunub.
Çıxış edənlər SRQA İdarə Heyəti və bütün üzvlərinin fəaliyyətinin gücləndirilməsini təklif ediblər. İclasda assosiasiyanın prezidenti Rais Rəsulzadə görüləcək işlərlə bağlı nitq söyləyib.
Qeyd edək ki, Rais Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.
Pərvin ABBASOV

648