Hidayət Orucov Moskva patriarxlığının nümayəndəsinə irad tutdu
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Moskva patriarxlığının xarici əlaqələr şöbəsinin müdirinin müavininin bu patriarxlığın Ermənistanda iki, Dağlıq Qarabağda bir kilsəsinin olması haqda verdiyi açıqlamaya münasibət bildirib. Lent.az-ın məlumatına görə, H.Orucov bunun qeyri-dəqiq işlədilmiş ifadə olduğunu vurğulayıb.
O, məsələ ilə bağlı Bakı və Xəzər yeparxiyasının sədri II Aleksi ilə danışıb və bu açıqlamaya ciddi etirazını bildirib. II Aleksi isə Moskva patriarxlığı ilə müzakirə aparacağını söyləyib. Moskva patriarxlığı ilə yaxın əməkdaşlığının, münasibətinin olduğunu deyən H.Orucov bu ifadəni kifayət qədər qeyri-dəqiq adlandırıb: “Nə üçün, məsələn, həmin şöbə müdirinin müavini deməyib ki, bizim Bakıda və Qarabağda kilsəmiz var. Ancaq Ermənistanda iki, Dağlıq Qarabağda bir kilsəsinin olduğunu söyləyir. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Onun işlətdiyi ifadə isə qeyri-müəyyənlik yaradır”.
Ramiz Mikayıloğlu

454