“Ermənistanı qeyri-müstəqil dövlət adlandırmaq üçün böyük əsaslar var”
25 avqust 2010 16:30 (UTC +04:00)

“Ermənistanı qeyri-müstəqil dövlət adlandırmaq üçün böyük əsaslar var”

Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu deyib.


“Ermənistanın təhlükəsizliyini və silahlandırılmasını rəsmi anlaşma ilə öz üzərinə götürən Rusiyanın mövqeyinə Müdafiə Nazirliyinin münasibəti necədir” sualına cavab olaraq, nazirlik sözçüsü bunları bildirib: “Əlbəttə, son dərəcə həssas bir regionda yeni vəziyyətin yaranması bəzi konkret yanaşmaları qaçılmaz edir. Bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin müharibə variantı ilə həll edilməsi istisna edilir, digər tərəfdən isə elə kəskin maneələr qarşıya qoyulur ki, istəyin nədən ibarət olduğunu təsəvvür etmək çətinləşir. Əslində hər şey aydındır. Əminliklə demək olar ki, Azərbaycan hökuməti bəzi sualların cavablarını tapa biləcək. Buna kimsənin şübhəsi olmasın. Azərbaycan bacardıqca münaqişənin müharibəsiz, qansız-qadasız həll edilməsinin tərəfdarıdır. Ermənistan isə təcavüzkar siyasətindən əl çəkmək fikrində deyil. Yəqin ki, o bunu təkbaşına etmir. Bu zaman nə üçün Azərbaycan öz digər imkanlarını məhdudlaşdırmalıdır?”


E.Sabiroğlu deyib ki, hər halda Ermənistan necə dövlət olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi: “İndi bu ölkəni birmənalı olaraq qeyri-müstəqil dövlət adlandırmağa böyük əsaslar var. Fərq etməz, o bu adı məcburən, yoxsa öz xoşuna qazandı. Ermənistan bununla özünü beynəlxalq aləmdə tamamilə biabır etdi. Daxildə baş qaldıran ciddi etirazlar da dediklərimizi əyani sübut edir. Artıq bu da faktdır ki, Ermənistan bundan sonra beynəlxalq hüququn subyekti rolunda yalnız formal olaraq özünü ifadə edə biləcək. Çünki bu ölkəyə şübhələr artıb. Daha konkret desək, inam olduqca azalıb. Atacağı addımları icazə almadan, yaxud onu razılaşdırmadan hərəkətə gətirmək imkanı Ermənistan üçün demək olar heçə endi. Əsl reallıq bundan ibarətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar