Azərbaycan polisi maarifəndiriləcək
06 yanvar 2010 14:45 (UTC +04:00)

Azərbaycan polisi maarifəndiriləcək

Azərbaycann daxili işlər orqanlarında aparılan islahatlara dəstək məqsədlə daxili işlər orqanları əməkdaşlarınin etik davraniş kodeksinin təbliği yolu ilə polis və vətəndaş münasibətlərində qarşılıqlı etimadin dərinləşdirilməsi layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasinin dəstəyi ilə Daxili İşlər Nazirliyilə əməkdaşlıq çərçivəsində gerçəkləşir. Bu barədə Lent.az-a AHK-nın mətbuat xidmətindən bildirilib.

Layihə Azərbaycanda aparılan islahatların tərkib hissəsi olan polis-vətəndaş münasibətlərini inkişaf etdirmək, bu münasibətlərə, eləcə də müəyyən mənada ictimai rəyə neqativ təsir göstərən halların aradan qaldırılması məqsədi ilə həyata keçirilir.

Layihə çərçivəsində daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin müdəəlarını özündə əks etdirən plakatlar, bukletlər, broşuralar vasitəsi polis orqanları əməkdaşları və vətəndaşlar arasında məlumatlandırma kompaniyaları keçiriləcək. Məqsəd polis və vətəndaş münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsidir.

Layihənin icrası Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına, nəqliyyatda baş polis idarəsinin ərazi strukturlarına, dövlət yol polisi qrumlarina, baş mühafizə idarəsinin ərazi strukturlarına, baş pasport, qeydiyyat və miqrasiya idarəsinin ərzai strukturlarina, kütləvi informasiya vasitələrinə və o cümlədən geniş əhali kütlələsinə ünvanlanacaq.

Layhə çərçivəsində vətəndaşlar arasında yaranmış polisə etimad mühütün ictimai səviyyədə təbliği və vətəndaş-polis münasibətlərinin inkişafına dəstək, polisin fəaliyyətinin qiymətləndirilməsində vətəndaşların təsiri imkanlarının genişləndirilməsi, polisin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasını geniş ictimaiyyətə çatdırılması, polis əməkdaşları tərəfindən etik davranış qaydalarına ciddi əməl olunmasının təbliğ edilməsi, ekstremal şəraitlərdə polis əməkdaşlarının həyata keçirdiyi qanunla müəyyən edilmiş vəzfələr barədə vətəndaşların məlumatlandırılması nəzərdə tutulub.

Layihə çərçivəsində kodeks əsasında hazırlanan izahedici böyük həcmli plakat, kodeksə uyğun olaraq sadə dildə bukletlər, kodeksi özü isə isə kitabça şəklində nəşr olunacaq. Üzərində korrupsiyaqa qarşı mübarizə aparan qurumların və polis orqanlarının telefon nömrələri olan cib təqvimləri nəşr olunaraq geniş əhali kütlələri arasında yayılacaq. Qeyd olunan nəşrlər rayon, şəhər polis idarələrinə təqdim olunarkən şəxsi heyətlə kiçik və böyük formatlı görüşlər keçiriləcək, marrifləndrmə işləri aparılacaq.
Nəşr olunan vəsaitlərin hər birinin polis orqanlarının inzabiati binalarının girişində və sair diqqəti cəlb edən yerlərə nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457

Oxşar yazılar