AXCP və Müsavatın razılaşdıra bilmədiyi əsas dairə və namizədlər – SİYAHI
25 avqust 2010 15:55 (UTC +04:00)

AXCP və Müsavatın razılaşdıra bilmədiyi əsas dairə və namizədlər – SİYAHI

APA-nın məlumatına görə, partiyalar, əsasən 11 dairə üzrə razılığa gələ bilmir. Həmin dairələrdən namizədliyini vermək niyyətində olan tərəflər özlərini şanslı saydıqlarından bir-birlərinə güzəştə getmək istəmirlər.

Həmin dairələr və namizədlər isə bunlardır:

8 saylı Binəqədi I SD: Razi Nurullayev (AXCP) - Arzu Səmədbəyli (Müsavat)

17 saylı Yasamal III SD: Qənimət Zahid (AXCP) - Nüşabə Sadıxlı (Müsavat)

19 saylı Nərimanov I SD: Gözəl Bayramlı (AXCP)- İbrahim İbrahimli (Müsavat)

20 saylı Nərimanov II SD: Camaləddin Əkbər (AXCP) - Qubad İbadoğlu (Müsavat)

25 saylı Nizami II SD: Məhəmməd Talıblı (AXCP) - Rauf Arifoğlu (Müsavat)

26 saylı Sabunçu I SD: İbrahim Vəliyev (AXCP) - Tofiq Yaqublu (Müsavat)

29 saylı Səbail SD: Həsən Kərimov (AXCP) - Mehman Cavadoğlu (Müsavat)

34 saylı Xətai II SD: Fuad Qəhrəmanlı (AXCP) - Nəsibli Nəsibli (Müsavat)

41 saylı Sumqayıt I SD: Mahir Ağayev (AXCP) - İkram İsrafil (Müsavat)

79 saylı İmişli SD: İlqar Hüseyn (AXCP) - İltizam Əkbər (Müsavat)

115 saylı Şəki kənd II SD: Sahib Kərimov (AXCP) - Adil Qeybulla (Müsavat).

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya deyib ki, razılaşdırmayan 30 dairə var. Lakin adları qeyd olunan 11 dairə üzrə daha mürəkkəb vəziyyət yaranıb. A. Hacılı bildirib ki, AXCP və Müsavat Partiyasının namizədləri ciddi güzəştlərə hazır olmalıdırlar: “Biz Müsavat Partiyası olaraq “Hər dairədən güclü namizəd” prinsipini irəli sürmüşük, yəni daha şanslı şəxslərin müdafiəsinin tərəfdarıyıq. Hesab edirəm ki, namizədlər arasında seçim edəndə həm indi, həm də əvvəllər millət vəkili olmuş, eyni zamanda xalq hərəkatında, dövlət quruculuğunda fəal iştirak etmiş, Azərbaycan ictimaiyyətinə kifayət qədər tanış olan namizədlərə üstünlük verilməlidir”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli isə APA-ya açıqlamasında bildirib ki, partiyalar arasında danışıqlar çox ağır gedir: “Bunu bizə partiyanın sədri Əli Kərimli Rəyasət Heyətinin iclasında bildirdi. Çünki artıq partiya rəhbərliyinə daxil olan şəxslərin toqquşduğu dairələr müzakirə olunur. İndiki mərhələdə partiya səviyyəsində geri çəkilmələr bir qədər mürəkkəb məsələdir. Məncə, növbəti mərhələdə namizədlər özləri şanslarını, imkanlarını dəyərləndirməlidirlər. Özünü daha öz şanslı hesab edənlər geri çəkilə bilərlər. Hər halda danışıqlar davam edir, ümid edirik ki, daha çox dairəni razılaşdırmaq mümkün olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar