MSK-ya maraqlı müraciət daxil olub
05 yanvar 2010 18:30 (UTC +04:00)

MSK-ya maraqlı müraciət daxil olub

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Lent.az-ın xəbərinə görə, iclasda 23 dekabr 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

Müraciətlər barədə MSK katibi Natiq Məmmədov, MSK üzvləri Ramiz İbrahimov, Qabil Oorucov, Validə Kazımova və Tofiq Həsənov məlumat verib. Məlum olub ki, müraciətlər Masallı, Lənkəran, Quba, İmişli, Dəvəçi, Siyəcən, Zaqatala və digər rayonlardan daxil olub. Müraciətlərin bir qismi təmin olunmayıb, bir qismi isə müraciət vaxtı ötəndən sonra edildiyindən baxılmadan geri qaytarılıb.

74 saylı Lənkəran-Masallı dairə seçki komissiyasına daxil olan seçki məntəqələrindən birilə bağlı müraciətə baxılma müddəti uzadılıb.

Biləsuvarın Aranlı kənd sakini isə MSK-ya bir neçə müraciət ünvanlayıb. Onun sonuncu teleqramının məzmunu qeyri-ənənəvi, həm də maraqlı olub. O, teleqramda MSK-ya əvvəl etdiyi müraciətlərin etibarsız sayılmasını xahiş edib. Bu müraciət təmin edilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406

Oxşar yazılar