Ümid və ADP “Qarabağ” blokunda birləşdi – YENİLƏNİB
Ümid Partiyası və Azərbaycan Demokrat Partiyası (ADP) bir blokda birləşib. Lent.az-ın məlumatına görə, Ümid Partiyasının qərargahında hər iki partiyanın idarə heyətlərinin birgə keçirdiyi iclasda ADP və Ümid Partiyasının “Qarabağ” adlı blokda birləşməsi haqqında qərar qəbul olunub.
Toplantıdan sonra keçirilən mətbuat konfransında məlumat verilib ki, partiyalar bu blokda qarşıdan gələn parlament seçkilərində iştirak edəcək.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə və ADP sədrli Sərdar Cəlaloğlu “Qarabağ” blokunun bütün müxalifət partiyaları üçün açıq olduğunu söyləyiblər.
Sərdar Cəlaloğlu və İqbal Ağazadə bildiriblər ki, onlar əvvəldən bütün müxalifət partiyalarına müraciət edərək birləşməyi, seçkidə vahid müxalifət kimi iştirak etməyi təklif ediblər. “Lakin təəssüf ki, bəzi partiyalar iki-iki, üç-üç öz aralarında blok qurmağı daha üstün tutublar” - deyən Sərdar Cəlaloğlu əlavə edib ki, “Qarabağ” bloku əməkdaşlığa açıqdır və demokratiya uğrunda mübarizə istiqmətində səmimi partiyaların bu birlikdə birləşməsinə imkan var.
Sərdar Cəlaloğlunun sözlərinə görə, müxalifət partiyalarının birləşməməsi seçiciləri çaşdıracaq. Bu çaşqınlığı “seçki bataqlığı” adlandıran partiya rəhbəri bunun müxalifət partiyalarının xeyirinə olmayacağını düşünür.
Toplantıda bildirilib ki, artıq 91 dairədən blokun vahid namizədləri də müəyyən edilib. Partiya sədrləri İqbal Ağazadə Xətai rayonu, 35 saylı dairədən, Sərdar Cəlaloğlu isə Nəsimi rayonu, 21 saylı dairədən öz namizədliyini irəli sürəcək.
Vüqar Baba

Oxşar yazılar

Prezident İlham Əliyev Zelenskini təbrik etdi
24 avqust 2025 , 11:15
"Qarabağ hərəkatını davam etdirməməliyik" - PAŞİNYAN
23 avqust 2025 , 14:14
Politoloq Sergey Markov xarici agent elan olundu
22 avqust 2025 , 18:52
Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13