“Güney Azərbaycan portalı”nın fəaliyyəti yasaqlanıb
İran hakimiyyətinin söz və mətbuat azadlığına qarşı təzyiqləri davam edir. Ötən gün hakimiyyət seçkidən sonrakı müxalifətin təmsilçilərinin fotolarını çap etməyi yasaqlayıb. Onu da qeyd edək ki, indiki hakimiyyət iş başına gələndən sonra əsas rəqibi saydığı və devirdiyi Məhəmmədrza şah və ailəsi haqda da belə qərar vermişdi.
Bir neçə il öncə Rəfsəncaninin qızı Faizənin başçılıq etdiyi “Qadınlar” jurnalında şahın xanımı Fərəh Dibanın fotosu çap olunduğuna görə dərgi cəzalandırılmışdı.
Bunu xatırlatmaqda məqsədimiz İslam Respublikasında söz və fikir azadlığına qarşı dözümsüzlüyə diqqət yönəltməkdir.
Lent.az-ın “canaz.tv”-yə istinadən məlumatında bildirilib ki, Tehran hakimiyyəti “Güney Azərbaycan portalı” saytının (“gunazport”) fəaliyyəti yasaqlanıb. Mənbə Güney Azərbaycanının müxtəlif bölgələrindən əldə etdiyi məlumatlara əsasən vurğulayıb ki, bu il avqustun 20-dən bəri saytdan istifadəyə “süzgəc” qoyulub. Müşahidəçilərin fikrincə, indiyə kimi onlarla Azərbaycan saytının fəaliyyəti yasaqlanıb: “Tehran hakimiyyəti bununla Güney Azərbaycanı informasiya blokadasında saxlamağa çalışır”.
“GünAztv”-nin məlumatında isə bildirilib ki, Güney Azərbaycanın Miyandab (əsl adı Qoşaçaydır) şəhərində Sirus Gövhəri adlı jurnalistin məhkəmə proses keçirilib. O, İran İslam İnqilab Məhkəməsinin Mahabad (əsl adı Soyuqbulaqdır) şöbəsində mühakimə olunub. Məlumata əsasən, Sirus Gövhəriyə qarşı “millətçilik və pantürkçülük” ittihamları irəli sürülüb.
O, jurnalistlərə açıqlamasında deyib ki, məhkəmənin qərarına etiraz vəsatəti qaldırıb, ancaq onun etirazı qəbul edilməyib. Jurnalistin sözlərinə görə, bütün cəhdlərinə baxmayaraq, məhkəmə barəsində yazılı bir suç tapa bilməyib. Bununla belə S.Gövhəri 1 il azadlıqdan məhrum edilib.
Sədrəddin Soltan

629