Milli Məclis Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakıyla bağlı qanun layihəsini müzakirə edir
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarında iştirakı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Lent.az-ın xəbərinə görə, layihə barədə Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov məlumat verib.
Daha sonra qanun layihəsinin ikinci oxunuşda müzakirələri başlanıb. Müzakirələrə qatılan deputatlar Xanhüseyn Kazımlı, Aydın Həsənov, Zahid Oruc və Qüdrət Həsənquliyev qanun layihəsini əhəmiyyətli sayaraq, onun qəbuluna səs verəcəklərini bildiriblər. Hazırda müzakirələr davam edir.
Xatırladaq ki, sözügedən qanun layihəsi lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda Azərbaycan Respublikasının iştirakının əsaslarını, formalarını və qaydasını müəyyən edir. Layihədə qeyd olunub ki, “Azərbaycan Respublikası sülhməramlı əməliyyatlarda iştirakının məqsədəuyğunluğunu, miqyasını və dərəcəsini müstəqil sürətdə müəyyən edir”.
Pərvin ABBASOV

421