Pənah Hüseyn Milli Məclisdə danışmaq hüququndan məhrum edildi
25 dekabr 2009 18:15 (UTC +04:00)

Pənah Hüseyn Milli Məclisdə danışmaq hüququndan məhrum edildi

Lent.az-ın məlumatına görə, fasilədən sonra deputatlar “İmmun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası) mübarizə haqqında” qanun layihəsilə bağlı müzakirələri davam etdirib. Millət vəkili Fuad Muradovdan sonra Pənah Hüseyn, daha sonra isə Qənirə Paşayeva çıxış etməli imiş. Bu, iclas zalındakı elektron tablodan da görünüb. Lakin F.Muradov çıxışını bitirdikdən sonra iclasa sədrlik edən spiker Oqtay Əsədov sözü Pənah Hüseynə deyil, çıxışa ondan sonra yazılmış Qənirə Paşayevaya verib. Q.Paşayeva çıxış etdikdən sonra P.Hüseyn yerindən O.Əsədova xitabən “eşitmişəm məni çıxış etmək hüququndan məhrum etmisiniz. Bunu elan edin ki, stenoqrama düşsün” deyib.

O.Əsədov onun dediklərini təsdiqləyib: “Siz dəfələrlə Milli Məclisin daxili nizamnaməsini pozmusunuz, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin hərəkətləri yenidən davam etmisiniz. Ona görə də siz səs hüququndan məhrum edilmisiniz. Bu barədə sizə rəsmi bildiriş veriləcək, orada hansı müddətə səs hüququndan məhrum edilməyiniz də göstəriləcək”.

P.Hüseyn bu deyilənləri sükutla qarşılayıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1355

Oxşar yazılar