Bələdiyyə seçkilərində seçicilərin 31,86%-i iştirak edib
23 dekabr 2009 18:40 (UTC +04:00)

Bələdiyyə seçkilərində seçicilərin 31,86%-i iştirak edib

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsverməyə dair son rəsmi məlumat açıqlanıb. Lent.az-ın “Seçkilər” İnformasiya Mərkəzində olan müxbirinin verdiyi məlumata görə, saat 19.00-a qədər, yəni ümumilikdə 1 462 074 seçici səs verib. Bu isə ümumi seçicilərin 31,86%-i deməkdir.

Mərkəzi Seçki Komissiyası seçkinin son nəticələrini növbəti iki gün müddətində açıqlayacaq.

Seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilir. Namizədlərin sayı 31 minə yaxındır. Seçkilər 4813 seçki məntəqəsində keçirilib

Seçkini ümumilikdə 50 minə yaxın müşahidəçi izləyib.

Seçki siyahısındakı seçicilərin sayı 4,6 milyona yaxındır.

Bu, Azərbaycanda sayca üçüncü bələdiyyə seçkisi idi. Birinci bələdiyyə seçkisi 1999-cu, ikinci seçki isə 2004-cü ildə keçirilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar