Gəncədə 102 yaşlı seçici səs verdi
23 dekabr 2009 14:25 (UTC +04:00)

Gəncədə 102 yaşlı seçici səs verdi

Gəncədə bələdiyyə seçkilərində səsvermə hüququna malik seçicilər arasında 100 yaşını ötənlər də var. Onlardan biri də Gəncə şəhər 38 saylı DSK-nın 14 saylı məntəqəsində qeydiyyatda olan Ədilə nənədir. Ədilə nənənin nə az, nə çox - düz 102 yaşı var. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, 2 əsrin canlı şahidi, 3 övlad, 50-dən artıq nəvə-nəticə sahibi nənənin səsvermə hüququndan yararlanması üçün 14 saylı məntəqə üzvləri onun yaşadığı ünvanda olublar.

Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olan, uzun illərdir Gəncədə yaşayan Əsgərova Ədilə Hüseynalı qızının öz namizədinə səs verməsi üçün bütün incəliklər nəzərə alınıb.

Seçici əvvəlcədən təyin etdiyi namizədinə səs verib. Məntəqə üzvlərinin sözlərinə görə, yaşlı qadın daha öncə də seçkilərdə layiqincə iştirak edib və səs verib.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216

Oxşar yazılar