Bələdiyyə seçkilərini izləyən jurnalistlərə maneçilik yaradılmayıb
23 dekabr 2009 13:05 (UTC +04:00)

Bələdiyyə seçkilərini izləyən jurnalistlərə maneçilik yaradılmayıb

Mətbuat Şurası monitorinq aparıb

Mətbuat Şurasının bələdiyyə seçkiləri ilə bağlı yaratdığı “qaynar xətt”ə proses zamanı peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən zəng daxil olmayıb.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Şuranın yerlərdə seçki prosesini izləyən monitorinq qrupunun üzvləri də bununla bağlı hər hansı fakt qeydə almayıblar.

Şuranın (012) 561 82 46 və (012) 561 80 37 saylı telefonları saat 8.00-dan 19.00-dək “qaynar” rejimdə fəaliyyət göstərib. “Qaynar xətt”in yaradılmasından məqsəd bələdiyyə seçkisini işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərinə qarşı mümkün maneələri müəyyənləşdirməkdən və onlar barədə operativ tədbir görməkdən ibarət olub.

Mətbuat Şurasının İdarə Heyəti üzvlərindən ibarət monitorinq qrupu da gün ərzində fəaliyyətdə olub. Qrupun üzvləri paytaxtda və eləcə də ölkəmizin müxtəlif bölgələrindəki dairə və məntəqə seçki komissiyalarına baş çəkərək jurnalistlərə yaradılan şəraitlə maraqlanıblar.

Qeyd edək ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarında, İH üzvlərindən “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai rayonunda, Azərbaycan Respublikasının Prezidentinin Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Nərimanov rayonunda, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas Astara və Cəlilabad, Şuranın icraçı katibi Rəhim Hüseynzadə isə Salyan və Şirvan bölgələrində seçkinin gedişini izləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417

Oxşar yazılar