Allahşükür Paşazadə patriarx Kirillə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın patriarxı Kirillin regionda və dünyada gedən proseslərdə rolunu müsbət qiymətləndirib. APA-nın “İnterfaks-Reliqiya”ya istinadən yaydığı məlumata görə, QMİ sədri bu barədə patriarxla görüşündə bildirib: “Açıq deyəcəyəm, Siz Azərbaycanın tarixində və Azərbaycan xalqının həyatında yeni səhifə açırsınız. Məhz sizin sayənizdə apreldə Bakıda keçirilən dünyanın dini liderlərinin sammitində bütün ermənilərin katalikosu və digər dini liderlər iştirak etdi. Biz buna görə sizə minnətdarıq”. O həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycanın təşəbbüsünü dəstəklədiyinə görə patriarxa minnətdarlıq edib: “Bu, bizim xalq üçün, bütün müsəlmanlar üçün son dərəcə mühümdür. Patriarx bu gün təkcə rus pravoslav dünyasında deyil, bütün islam aləmində böyük nüfuza malikdir”.
Moskva və bütün Rusiyanın patriarxı Kirill də öz növbəsində Allahşükür Paşazadənin MDB məkanında oynadığı rolu və malik olduğunu nüfuzu yüksək dəyərləndirib.
Görüşdə Allahüşükür Paşazadə, həmçinin Azərbaycan Ordusunun giziri, Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin qaytarılmasına yardım göstərilməsi məsələsini də Kirillə müzakirə edib.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07