Seçkilərdə KİV-in rolu ilə bağlı dəyirmi masa keçirilib
Lent.az-ın məlumatına görə, toplantıda ATƏT-in Bakı Ofisi, Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, müxalifət və iqtidar partiyalarından olan nümayəndələr, KİV təmsilçiləri iştirak ediblər.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsinin (DTİHİ) tövsiyələrinin yerinə yetirilməsinə həsr olunmuş silsilə tədbirlərdən üçüncüsü olan bugünkü dəyirmi masanın əsas məqsədi seçkilərin Kütləvi İnformasiya Vasitələrində ədalətli, əhatəli, düzgün və qərəzsiz işıqlandırılması yollarını müzakirə etməkdir.
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel açılış nitqində söyləyib ki, KİV seçki prosesini obyektiv, əhatəli, operativ işıqlandırmalıdır. Səfir KİV-in də yardımı ilə bu ilki seçkilərin daha demokratik keçəcəyinə inandığını bildirib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da KİV-in seçkilərdə rolunun əhəmiyyətindən danışıb: “KİV yeganə orqandır ki, seçki prosesinin istənilən hissəsini müşahidə etmək üçün əlavə icazə və qeydiyyata ehtiyacı yoxdur”. Məzahir Pənahov həmçinin, seçkilərdə təbliğatın ədalətli təmin olunacağını söyləyib. O, İctimai Televiziyada namizədlərə bərabər şərait yaradılacağını söyləyib.
Liberal partiyasının lideri Əvəz Temirxan siyasi partiyaların bərabər təşviqinə yalnız seçki təbliğatı zamanı yox, digər vaxtlarda da əməl olunmasının vacib olduğunu bildirib. Partiya lideri söyləyib ki, TV-lərdə bütün partiyalara vaxt ayrılmalıdır.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə təbliğat qaydalarına dəyişiklik olunmasını vacib sayıb. İctimai kanalda təbliğat vaxtının düzgün seçilmədiyini söyləyən İsa Qəmbər həmin vaxtın əhalinin evdə olduğu, daha çox televizora baxdığı vaxta uyğunlaşdırılmasını istəyib.
AXCP sədri Əli Kərimli televiziyada namizədlərə verilən vaxtın az olduğunu, keçən illərlə müqayisədə daha da azaldığını söyləyib.
YAP-ın sədr müavini Əli Əhmədov isə müxalifət partiyalarının məğlubiyyətlərini hakimiyyətin üzərinə atmasının düzgün olmadığını söyləyib: “Müxalifət 20 ildir ki, cəmiyyət tərəfindən dəstəklənmirsə, burada seçkilərin və hakimiyyətin günahı yoxdur.
Vüqar Baba
Foto: İsaq Mayılov

Oxşar yazılar

Prezident İlham Əliyev Zelenskini təbrik etdi
24 avqust 2025 , 11:15
"Qarabağ hərəkatını davam etdirməməliyik" - PAŞİNYAN
23 avqust 2025 , 14:14
Politoloq Sergey Markov xarici agent elan olundu
22 avqust 2025 , 18:52
Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13