Cərrah Karan Rac səhər saat üç-dörd arası vaxtı yatmaq üçün ən pis vaxt adlandırıb.
Lent.az xəbər verir ki, bu barədə HuffPost yazır.
Racın fikrincə, əgər insan bir rejimə əməl edirsə, o zaman yatmaq vaxtı o qədər də vacib deyil. İstisna səhər saat üçdən dördə qədər olan vaxtdır.
Həkim qeyd edib ki, insan biologiyasından asılı olmayaraq, bu zaman yuxu daha çətin və daha az dərin olacaq. O, gecə yuxusunun hər biri 90 dəqiqə davam edən bir neçə dövrədən ibarət olduğuna diqqət yönəldib. Bununla belə, Raca görə, dövrlər bir-birindən fərqlidir.