Ürəyinizi sağlam saxlamaq üçün bəzi qidaları yemək olmaz.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə dietoloq və kardioloq Mişel Rutenşteyn danışıb.
O, iddia edir ki, üç məşhur qidadan – donuz əti, ağ çörək və çipsdən imtina etmək lazımdır.
Donuz əti qan təzyiqini artıran və ürəyə mənfi təsir göstərən çoxlu natrium ehtiva edir. Ağ çörək qanda şəkərin sürətlə artmasına və çəki artımına səbəb ola bilər ki, bu da ürəyə təsir edir. Nəhayət, çiplərdə trans yağ və natrium yüksəkdir. Onların müntəzəm istifadəsi ürək-damar xəstəliklərinə, yüksək təzyiqə və piylənməyə səbəb olur.
Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün həkim paxlalılar - lobya, noxud, mərcimək, həmçinin təzə tərəvəz, meyvə, yumurta, balıq, yağsız ət və sağlam yağlar yeməyi məsləhət görüb.