Soyuqda orqanizmdə bu  5 qidaya ehtiyacı yaranır
19 yanvar 2024 19:07 (UTC +04:00)

Soyuqda orqanizmdə bu 5 qidaya ehtiyacı yaranır

Soyuqda orqanizmin ehtiyac duyduğu ilk 5 qida məlum olub. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, endokrinoloq Yekaterina Yanq bununla bağlı danışıb. 

Həkimin sözlərinə görə, soyuq havalar üçün ən faydalı 5 qida sırasına duzlu kələm, kök tərəvəzlər, nar, balqabaq və sitrus meyvələr daxildir. Yanq insanlara qışda çoxlu miqdarda C vitamini olan duzlu kələmdən istifadə etməyi tövsiyə edir.

"Öd axını və dəmirin udulmasını yaxşılaşdırmaq üçün təsirli olur, həmçinin faydalı bakteriyaların sayını artırır və zərərli bakteriyaların sayını azaldır", - mütəxəssis bildirib. 

Cəfəri, kərəviz, çuğundur, şalğam, yerkökü kimi mövsümi kök tərəvəzlər zəngin vitamin və mineral tərkibinə görə zəngindir.

Endokrinoloq qeyd edib ki, narın bir hissəsi olan ellagik turşusu bədənin cavanlaşmasına kömək edir, qan axını yaxşılaşdırır, immuniteti yaxşılaşdırır və hüceyrələri kanserogenlərin təsirindən qoruyur.

Bundan əlavə, həkim qışda beta-karotin və lif mənbəyi olan balqabaq, həzmi və immuniteti yaxşılaşdıran sitrus meyvələrini yeməyə çağırıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5094
avatar

Sevinc Fərid

Oxşar yazılar