Saxlama müddəti bitsə də, bu qidaları yemək olar
30 sentyabr 2023 12:59 (UTC +04:00)

Saxlama müddəti bitsə də, bu qidaları yemək olar

Bəzi qida kateqoriyaları var ki, onların istifadə müddəti bitdikdən sonra da yeyilə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə dietoloq Valentina Salaman danışıb.

Belə ki, ekspertin fikrincə, mayası olmayan çörək məhsulları yararlılıq müddəti bitdikdən sonra köhnəlir, lakin istehlak üçün təhlükəsiz olaraq qalır. Yəni, qurudulmuş bulka yeyilə bilər, amma çörək kiflənərsə, təbii ki, onu artıq yemək olmaz.

O həmçinin qeyd edib ki, istifadə müddəti bitən, ağ örtüklə örtülən şokoladı yeyə bilərsiniz - bu, sağlamlıq üçün təhlükəli deyil.

Üstəlik, demək olar ki, qeyri-məhdud saxlama müddəti olan məhsullar var. Məsələn, şəkər, duz, sirkə və bəzi digər məhsullar. Eyni zamanda dietoloq xarab meyvə-tərəvəz və xüsusilə, ətli yeməkləri yeməməyi məsləhət görür. Çünki bu, zəhərlənməyə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8919

Oxşar yazılar