Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurların həyatında dərin iz buraxıb.
Cennifer Lopez
Müğənni Ben Affleklə münasibətini sonlandırdıqdan sonra onun şəxsi həyatı yenidən diqqət mərkəzinə düşüb. Lopez bir neçə dəfə ailə həyatı qursa da, münasibətləri uzunömürlü olmayıb.
Sandra Bullok
Aktrisanın şəxsi həyatında da ağır hadisələr yaşanıb. O, keçmiş həyat yoldaşının xəyanəti ilə üzləşib, boşanıb, daha sonra isə sevgilisi Brayan Rendallı itirib.
Britni Spirs
Castin Timberleykdən ayrıldıqdan sonra Britni Spirsin şəxsi həyatı qalmaqallar və uğursuz münasibətlərlə gündəmə gəlib. Müğənninin sonrakı evlilikləri də uzun çəkməyib.
Naomi Kempbell
Dünyaca məşhur model müxtəlif dövrlərdə tanınmış kişilərlə münasibətdə olsa da, onun heç bir ciddi münasibəti uzunmüddətli olmayıb.
Madonna
Madonna müsahibələrində güclü və dominant xarakterinin münasibətlərinə təsir etdiyini etiraf edib. Müğənni hesab edir ki, bəzi kişilər onun xarakteri ilə ayaqlaşmaqda çətinlik çəkirlər. Bu səbəbdən münasibətləri hər zaman yarımçıq qalıb.
Linda Yevanqelista
Supermodel uğursuz münasibətlərdən sonra yeni sevgiyə can atmadığını deyib. O, tək yaşamağa öyrəşdiyini və hazırda özünü bu şəkildə daha rahat hiss etdiyini bildirib.