Rusiyalı mütəxəssis koronavirusun "İÇ ÜZÜNÜ" AÇDI
12 iyul 2021 08:21 (UTC +04:00)

Rusiyalı mütəxəssis koronavirusun "İÇ ÜZÜNÜ" AÇDI

“Koronavirusun bizi öldürməsi onun üçün sərfəli deyil, daha sürətli yayılmağı vacib hesab edir”

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, professor Vladimir Çulanov deyib.

Professor bildirib ki, daha çox törəmə qabiliyyətli variantların ortaya çıxması istisna edilmir: “Yüksək ehtimalla deyə bilərik ki, yayılma baxımından digərlərinə nisbətdə üstünlüklərə malik  ştammların olması mümkündür. Çox güman ki, bu, virusun məhz yoluxdurmağa ehtiyacı var. Bizi öldürməsi onun üçün sərfəli deyil, ona görə də bu virus daha çox yoluxdurucu olmaq məqsədi daşıyır”.

Çulanov əlavə edib ki, koronavirusun təhlükəsiz virus olduğu barədə mif ortadan qaldırılmalıdır: “COVID-19-un ölüm nisbəti qripdən on qat daha yüksəkdir. Dünyada artıq dörd milyondan çox insan bu xəstəlikdən ölüb. Bundan əlavə, COVID-19 getdikcə qarşılaşdığımız fəsadlarla xarakterizə olunur”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2943
avatar

Oxşar yazılar