Tibb sahəsində bir çox təsirli inkişafı olan yapon əczaçı Masatoşi Kato yüksək qan təzyiqi olan insanlara məsləhətlər verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk növbədə qidalanmalarını balanslaşdırıb nizam-intizamı əməl edilməsini tövsiyə edib.
Daha çox hərəkət etmək və təzyiqi normallaşdırmaq üçün bir dəqiqədən çox olmayan sadə bir məşqi yerinə yetirmək vacibdir. O deyir ki, məşq sxemi tamamilə sadədir və heç bir xüsusi təlim və ya hər hansı avadanlıq tələb etmir.
Belə ki, ovuçlarınızı sinənizin önündə bükmək və güclə sıxmaq lazımdır. On saniyədən sonra əllərinizi açın. Sonra bunu bir neçə dəfə təkrarlayın. Onun sözlərinə görə, insan qısa müddətdən sonra rahatlıq hiss edə bilər.