Bunları  yanıq yerinə   sürtməyin: Diş pastası,  yumurta ağı   və...
22 yanvar 2024 12:02 (UTC +04:00)

Bunları yanıq yerinə sürtməyin: Diş pastası, yumurta ağı və...

İlk və təcili yardım mütəxəssisi həkim Sedat Özbay, evdə baş verən yanıqlarda, xüsusilə qaynar suyun səbəb olduğu hallarda düzgün müdaxilənin vacib olduğunu açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Özbəy bildirib ki, yalnız dərinin səthinə təsir edən yanıqlarda kremlərin köməyi ilə vəziyyəti yüngülləşdirmək olar, daha dərin yanıqlarda isə xəstə mütləq tibb müəssisəsinə müraciət etməlidir.

Özbay yumurta ağı, diş məcunu və pomidor kimi maddələrin yandırılan yerlərə tətbiq edilməməsi barədə xəbərdarlıq edərək, bu cür maddələrin infeksiya riskini artıra biləcəyini bildirib.

Soba və digər alov nəticəsində yaranan yanıqların müalicə üsulunun qaynar su ilə eyni olduğunu bildirən Özbay, xüsusilə qol, qasıq və döş qəfəsi nahiyələrində yaranan xəsarətlər üçün dərhal həkimə müraciət edilməsi lazım olduğunu bildirib.

Xəstəxanaya getməzdən əvvəl səhvlərə yol verilməməsi lazım olduğunu bildirən Özbay deyib: “Diş məcunu, yumurta ağı, pomidor kimi maddələrin tətbiqi yanıq yarasına zərər verə və təmizlənmədə problem yarada bilər. Yanıq yarası su ilə yuyulduqdan sonra müvafiq kremlərdən istifadə etmək olar”.

“Bu maddələr yanıqlarda infeksiya vəziyyətini çox artırır”

Yanıqlara yumurta ağı və diş pastası ilə edilən müdaxilələrin zərərli olduğunu ifadə edən Sedat Özbay ilk müdaxilə üçün təkliflər verib:

"Evdə baş verən yanıqlarda, xüsusilə qaynar su səbəbindən meydana gələn yanıqlarda edilməsi lazım olan müdaxilə soyuq su ilə yuyulmaqdır. Əgər paltarınız varsa, onu çıxarıb su ilə yumaq lazımdır. Yalnız dərinin səthinə toxunan yanıqlarda insanlar kremlərdən istifadə edərək bu vəziyyətdən qaça bilərlər”.

Daha dərin yanıqlar zamanı xəstə xəstəxanaya yerləşdirilməlidir. Xəstəxanaya gəlməmişdən əvvəl diş pastası, yumurta ağı, pomidor kimi sakitləşdirici şeylər tətbiq edirlər. Yanıq sahələrinə naməlum maddələr tətbiq edilməməlidir. Bu maddələr yanıqlarda infeksiya riskini xeyli artırır. Bu səbəbdən yanıq yarasına naməlum dərman tətbiq etməməliyik.

Tətbiq edilən maddələr yaranın təmizlənməsində problemlər yaradır. Yanıq yarasını su ilə yuduqdan sonra krem çəkə bilərlər. Soba və digər alov yanıqları üçün müalicə sistemi eynidir. Xüsusilə əl, qasıq və döş qəfəsi nahiyələrində zədələnmələr zamanı xəstəxanaya müraciət etmək lazımdır.

Bunlardan başqa zədələr üçün izah etdiyim üsul tətbiq oluna bilər. Ovuç içlərisində və ayaq altlarında əmələ gələn qabarcıqlar qətilyyən partladılmamalıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4875
avatar

Oxşar yazılar