Bu içkiləri saçları tökür - Uzaq DURUN
09 noyabr 2023 14:12 (UTC +04:00)

Bu içkiləri saçları tökür - Uzaq DURUN

Dəyişən atmosfer şəraiti saçın vəziyyətinə mənfi təsir göstərərək, onu daha kövrək edir. Mütəxəssislər saç tökülməsinə də təsir edə biləcək bəzi məşhur içkilərdən danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ən çox saç tökülməsi payızda baş verir.

Tez-tez saç problemlərinin səbəblərini xarici amillərdə axtarırıq: şampunları, kondisionerləri, maskaları dəyişirik, qulluğa fikir veririk, vitaminlər qəbul edirik. Bununla belə, saç tökülməsinin səbəblərindən biri olan və mütəmadi istehlak edilən içkilərə diqqət yetirmək lazımdır.

Alkoqol

Saç sağlamlığı üzrə mütəxəssis Qanima Abdullah qeyd edir ki, həddindən artıq spirt istehlakı təkcə ümumi sağlamlığınıza deyil, həm də saçınıza mənfi təsir göstərə bilər. Alkoqol yüksək qlisemik indeksə malikdir. Bu da insulin səviyyələrində və saç tökülməsinə kömək edən digər hormonlarda kəskin dalğalanmalara səbəb olur.

"Alkoqollu içkilər keratin sintezini azalda bilər ki, bu da saçın vəziyyətinin pisləşməsinə və kövrəkliyin artmasına səbəb olur" deyə ekspert vurğulayıb.

Şirin içkilər

Qazlı içkilər və şirələr böyük miqdarda şəkər ehtiva edir. Yüksək qlisemik indeksinə görə, onlar da insulin səviyyələrində kəskin sıçrayışa səbəb ola bilər ki, bu da saç follikullarının sağlamlığına mənfi təsir göstərir və öz növbəsində asan saç tökülməsinə gətirib çıxarır.

"Şirinləşdirilmiş içkilər qandakı qida maddələrinin miqdarını azaldır və onların dövranını ləngidir. Bu, saç tökülməsi prosesinə səbəb ola və ya onu sürətləndirə bilər", - Qanima Abdullah əlavə edir.

Bu içkilərdən istifadə edərkən normaya riayət etmək tövsiyə olunur. Saç tökülməsinin artdığını hiss edirsinizsə, bu içkilərin istehlakını tamamilə məhdudlaşdırmaq daha yaxşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5346
avatar

Fidan İlqar

Oxşar yazılar