Balın saxlanma müddəti  BƏLLİ OLDU
29 yanvar 2024 13:58 (UTC +04:00)

Balın saxlanma müddəti BƏLLİ OLDU

Alimlər balın saxlama müddətini açıqlayıblar. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, balın tərkibi arının növündən, bitki növündən, hətta hava şəraitindən asılı olaraq dəyişir. Orta dərəcədə turşu olması ilə yanaşı, bal bakteriyaların böyüməsinin qarşısını almağa kömək edən antibakteriyel xüsusiyyətlərə malikdir. Bal arıların kisəsində və ya mədəsində əmələ gəlir və nektarın toplandığı çiçəyin növündən asılı olaraq özünəməxsus dadını alır.

Bal kisəsi nektar və ya suyu pətəyə daşımaq üçün nəzərdə tutulmuş orqandır. Arı daha sonra trofallaksis adlanan bir proseslə nektar köçürür. Balı nəmin qarşısını almaq üçün hava keçirməyən qabda quru yerdə saxlamaq lazımdır. Çünki rütubətlə təmas məhsulda bakteriyaların inkişafına kömək edə bilər.

Zamanla bal su və şəkərin ayrılması səbəbindən kristallaşa bilər. Bal aşağı temperaturda saxlandıqda bu proses sürətlənir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 42387
avatar

Oxşar yazılar