Azərbaycanda qızılca ilə bağlı SON DURUM
08 dekabr 2023 11:47 (UTC +04:00)

Azərbaycanda qızılca ilə bağlı SON DURUM

Azərbaycanda hazırda qızılca ilə bağlı vəziyyət stabildir.

Lent.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, qızılcaya yoluxma halları ilə bağlı tibb müəssisələrinə vətəndaş müraciətləri var:

"Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyəti dəyərləndirilir və ehtiyac olduğu halda stasionar müalicə üçün yerləşdirilir. Digərləri isə ambulator olaraq evdə həkim nəzarəti altında saxlanılır"./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6858
avatar

Oxşar yazılar