Avrova ölkəsində sağalmaz xəstəliyə yoluxanların İNTİHARI QANUNİLƏŞİR
24 oktyabr 2021 01:25 (UTC +04:00)

Avrova ölkəsində sağalmaz xəstəliyə yoluxanların İNTİHARI QANUNİLƏŞİR

Avstriya hökuməti sağalmaz xəstə və uzun müddət əziyyət çəkən ağır xəstə insanların intihar yardımına, yəni  evtanaziya yardımı əldə etmək hüququnu qanuniləşdirməyə razılıq verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, evtanaziya haqqında hökumətin razılıq verdiyi qanun layihəsinə əsasən, ölümünə razılıq verən xəstənin dünyasını dəyişməsinə yardım göstərilir.

Bununla bağlı qərar vermək hüququ yalnız ən ağır xəstələrə məxsus olacaq.

Bunun üçün yazılı sərəncam vermək mümkün olacaq, həmçinin, iki həkimdən təsdiq almaq lazımdır, onlardan biri palliativ təbabət üzrə ixtisaslaşmalıdır. Yetkinlik yaşına çatmayanlar üçün bu cür evtanaziya qadağan ediləcək.

Evtanaziya üçün xüsusi dərmanlar apteklərdə əlçatan olacaq. Xəstə onu ağızdan qəbul etməlidir. Udma problemi olanlara boru vasitəsilə qəbul etmək imkanı veriləcək. Aktiv birbaşa evtanaziya (xəstənin razılığı olmadan) qadağası davam edəcək.

Avstriya parlamenti dekabrda qanun layihəsinə baxmalıdır. Müsbət qərar qəbul olunarsa, bu qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. 

 Məlumat üçün bildirək ki, bu ilin mart ayında İspaniyada da belə qanun qəbul olunub.

# 7887
avatar

Oxşar yazılar