Arıqlamaq üçün ən zərərli meyvələr -  SİYAHI
18 may 2022 09:05 (UTC +04:00)

 Arıqlamaq üçün ən zərərli meyvələr - SİYAHI

Diyetoloq Maykl Mosli meyvələrin hmişə arıqlamaq üçün yaxşı olmadığını deyib və onların ən zərərlisini açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ekspertin sözlərinə görə, qovun və ananasda çoxlu şəkər var.

“Bir orta ölçülü manqonun tərkibində 45 qram şəkər var. Müqayisə üçün deyək ki, bir fincan üzümdə 23 qram, bir stəkan moruqda 5 qram, bütöv bir avokadoda isə 1,33 qram şəkər var”, - ekspert vurğulayıb.

Arıqlayan zaman diyetoloq yüksək şəkər tərkibli meyvələrdən imtina etməyi tövsiyə edir. Onlar alma, giləmeyvə, üzüm, qoz-fındıq və ya tərəvəz ilə əvəz edilə bilər.

Mosli bildirir ki, orta sağlam yetkin bir insan gündə ən azı beş porsiya meyvə və tərəvəz istehlak etməlidir. Onun sözlərinə görə, bu, ürək xəstəliyi, insult və bəzi xərçəng növləri riskini azaldacaq.


 

# 1680
avatar

Oxşar yazılar