“Paxmellə” mübarizə yolları  AÇIQLANDI
11 may 2021 19:43 (UTC +04:00)

 “Paxmellə” mübarizə yolları AÇIQLANDI

İngiltərəli diyetoloq Şan Beyker “paxmel” ilə mübarizədə kömək edən qida və içkilərin adını açıqlayıb.
 
Lent.az xarici mediaya istinadla bildirir ki, ekspertin sözlərinə görə, kəskin “paxmel”in qarşısını almağın ən təsirli yolu duz və şəkər əlavə edilən bol su içməkdir.

Bunu hər dəfə spirtli içki qəbul etdikdən sonra içmək lazımdır.

Əvvəlcədən süd və ya qatıq içmək də faydalıdır - Beykerə görə alkoqolun bədənə mənfi təsirlərini zəiflədirlər. Başqa bir məhsul, içməkdən əvvəl balıqdır, amma lazım olduqda aptekdə satılan omeqa-3 və omega-6 yağ turşuları olan kapsullarla əvəz edilə bilər.

Alkoqollu içki qəbul etdikdən sonra diyetoloq səhər salata ispanaq əlavə etməyi məsləhət görür. Əlavə olaraq banan və ya avokado kimi kaliumla zəngin olan meyvələr vacibdir.

Ürək bulanması tərkibində bromeylain fermenti olan zəncəfil və ya ananas istifadə edərək aradan qaldırıla bilər.
 

# 3540
avatar

Oxşar yazılar