Uşaqlıqdan sevilən qat-qat vafli  tortu — RESEPT
28 may 2025 13:22 (UTC +04:00)

Uşaqlıqdan sevilən qat-qat vafli tortu — RESEPT

Bu dəfə klassik şirələnmiş süd ilə olan resept əvəzinə zavarnoy krem (qaymaqlı krem) istifadə edirik. Belə torta xüsusilə bir fincan çay və ya qəhvə ilə heç kim yox deməz.

Lent.az bu dadlı tort reseptini təqdim edir:

Tərkibi

Vafli laylar – 8 ədəd

Süd – 600 millilitr 

Toyuq yumurtası – 2 ədəd

Şəkər – 180 qram

Un (buğda) – 2 xörək qaşığı

Qarğıdalı nişastası – 0,5 xörək qaşığı

Kərə yağı (yumşaldılmış) – 180 qram

Vanilli şəkər – 10 qram

Şokolad (süs üçün) – istəyə görə

Hazırlanması

Kremin hazırlanması üçün qazana şəkər, un, nişasta və vanilli şəkəri əlavə edib qarışdırın. Üzərinə yumurtaları və 100 millilitr ilıq südü töküb çırpıcı ilə yaxşıca qarışdırın. Qalan südü ayrıca qızdırın və qaynama nöqtəsinə gətirin. Qaynar südü hissə-hissə qarışıma əlavə edin, eyni zamanda çırpıcı ilə qarışdırmağa davam edin. Qarışımı orta odda daim qarışdıraraq bişirin.

Kremin üzərində baloncuklar əmələ gəldikdə və o qatılaşdıqda, ocağı söndürün. Qazanı oddan götürüb kremin üzərinə kontak şəkildə streç plyonka (kremin üzünə dəyəcək formada) çəkin və otaq temperaturunda soyudun. Başqa bir qabda yumşaq kərə yağını mikserlə çalın. Soyumuş zavarnoy kremi hissə-hissə əlavə edərək kremi hava kimi yüngül və hamar hala gətirin.

Xidmət boşqabının üzərinə bir az krem çəkin və ilk vafli layı qoyun. Üzərinə krem sürtün. Bütün layları bu şəkildə ardıcıl yığın. Tortun üstünü və kənarlarını da kremlə örtün. Üzərini rəndələnmiş şokolad ilə bəzəyin və 2 saat soyuducuda saxlayın.

Nuş olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1772

Oxşar yazılar