Zaurun yeni hoqqası, qonağın sillə kimi cavabı və ortadakı nəticəsizlik
30 iyun 2022 17:22 (UTC +04:00)

Zaurun yeni hoqqası, qonağın sillə kimi cavabı və ortadakı nəticəsizlik

ARB-nin efirində həmin Zaurun təzə biabırçılığı. Niyə görə təzə? Çünki dünən camaatın dilinə düşən həmin görüntülər nə ilkdir, nə də (Zaur Kamal əlaqələrini işə salıb özünü əfv etdirməsə) son olacaq. Zaur Kamalın proqramı bəlkə də bir çoxları üçün baxımlıdır, maraqlıdır. Amma anlamaq olmur, bu aparıcı keçmişdə hansı travma yaşayıb ki, hirsini, qəzəbini gələn qonaqlardan çıxır. Qonaq da gedəsən, üzünə deyilməyən söz də qalmaya. Ola bilər ki, bu proqram reytinqlidir deyə bu günə qədər bu aparıcının nə ipini çəkən olub, nə irad bildirən. İrad bildirən yoxdur bəs bu adamın özündə hardandır bu qədər insanları pərt eləmək, aşağılamaq, biabır eləmək istəyi? Dünən axşam ARB telekanalının efirində “Həmin Zaur” proqramında yaşanan biabırçılığa hansısa ad vermək mümkün deyil.

Zaur Kamal efirinə qonaq çağırdığı cənubi azərbaycanlı müğənni Afşin Azərini canlı yayımda efirdən qovub. Çəkilişdən öncə səhnə arxasında baş verən söhbəti canlı yayımda müğənninin üzünə vuran Zaur Afşin Azərinin azərbaycanlı izləyicilər tərəfindən tanınmadığını, özünə qarşı münasibətini bəyənmədiyini və məhz buna görə, efirdən qovacağını bildirib, müğənniyə söz haqqı vermədən reklam fasiləsinə ayrılıb. Baxmayaraq ki, Afşin Azəri Zaura hörmətlə yanaşdığını söyləyərək, iki nəfər arasında baş verənlərin el içində bəyan edilməsinin kişilikdən olmadığını qeyd elədi. Qonaqları arasında qalmaqal yaratmağı sevən aparıcı iki daşın arasında digər iranlı müğənnilərin də adını çəkərək, Afşinin özünü onlardan üstün tutduğunu söyləyib.Hərçənd Afşin Azərinin cavabı şillə kimiydi, amma anlayana. Kişinin yanında söz olar, kişinin də sözü saxlamaq qabiliyəti olar. Canlı efir şəxsi intriqalara görə, döyüş meydanına çevrilməməlidir

Bu hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub və izləyicilər Zaur Kamalın xoşagəlməz hərəkətlərinə qarşı fikirlər səsləndiriblər. İzləyici rəylərinin bir neçəsini təqdim edirik.

“Bu verilişə Zaura görə baxmıram. Gələn qonaqlara qarşı "söz oyun" ları oynamasını, pərt eləməsini heç sevmirəm. Afşin Azəriyə qarşı elədiyi hərəkət isə həqiqətən səhv idi. Özlərinin arasında həll edəcəyi söhbəti efirdə bu cür təqdim etmək Zaura heç bir üstünlük qazandırmadı, əksinə bu hərəkətlərlə özünə qarşı neqativ fikirləri çoxaltdı”.

“Zaur, paxıllıq eləmə. Müğənnini mahnılarına görə tanıyırlar da. Mahnılarını tanıyırlarsa, özünü də tanıyırlar. Qonaqları az zəhərlə. Zaur səhv danışır".  

"Nə düz danışır, nə də düz  hərəkət edir. Gör kimləri biz efirlərimizə layiq bilmişik”.

“Ayıb olsun sənə, Zaur”

“Görürəmki sizin üçün qəlb qırmaq adi bir şey olub. Bu video çox təsir elədi mənə. Düşünün ki, bir də hər kəsin önündə eşidirsiniz bu sözləri. Ayıb deyil sizə? Özünüzü niyə bu qədər gözdən salırsınız? Sözünüz var, verilişdən sonra keç qarşısına sözünü de. Bu nə hərəkətdir? Heç kişiyə yaraşar belə şeylər? Sizin nəyinki kişilikdən, heç insanlıq deyilən şeydən xəbəriniz yoxdu! O sizin qonağınızdı, siz onu ora çağırımsınızsa, onunla belə danışmamalısınız. Siz evinizə gələn qonağa da belə hörmət qoyursuz?”

“Zaur siz dinləyicilərin əvəzinə niyə danşırsız? Şəxsən mən o müğənninin mahnılarını təkrar-təkrar dinləyirəm. Və çağırılan qonaqla bu cür davranış mədəniyyətsizlikdir”.
Efirdən qıraqda olur olsun aparıcı peşəkar olmalıdır, efirdə kimisə arxada salam vermədiyinə görə, uzaqlaşdırmaq sadəcə səviyyəsizlikdir”.

“Xəzər tv-dən səni qovdular, amma sən yenə də düzəlmədin. Mən 100 faiz əminəm ki, burdan da qovacaqlar, səbirli ol. "Zaur efiri tərk etsin " deyənlər səs verin!". 

Bu şərhdən sonra Zaur Kamala qarşı tənqidi fikirlər səsləndirən izləyicilərin sayı-hesabı olmayıb. Yəqin ki, kanal rəhbərliyi də tədbir görər, MTRŞ də.  Bu boyda xalq yalnız reklam gətirə bilir deyə Zaur kimi aparıcının hədyanlarına layiq deyil. Tamaşaçıya bu qədər hörmətsizlik edilir, “dur” deyən yoxdur.  Hər gün efirlərimizi istila eləmiş bu kimi mərəkələrə məruz qalırıq, günahımız nədir?  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9681
avatar

Oxşar yazılar