Bəxtiyar Vahabzadənin kürəkəni Seymur Baycanı döyməklə hədələdi
26 yanvar 2016 15:59 (UTC +04:00)

Bəxtiyar Vahabzadənin kürəkəni Seymur Baycanı döyməklə hədələdi

 

 

“Seymur Baycan yəqin ki, psixdir, ya da Azərbaycan xalqının düşməni”.

 

Lent.az-ın moderator.az-a istinadən xəbərinə görə, bunu xalq şairi Bəxtiyar Vahabzadənin kürəkəni, 5 saylı xəstəxananın baş həkimi Ziya Əsədov deyib.

 

Seymur Baycanın sosial şəbəkədə xalq şairi Bəxtiyar Vahabzadə haqqında yazdığı ifadələrə münasibət bildirən Ziya Əsədov Seymurun bununla gündəmdə qalmaq istədiyini bildirib:

“Elə yazı var ki, onu yazdırırlar, elə yazı da var ki, arxasında başqası durur, başqasının fikrini çatdırır. Amma burdan görünür ki, bu adam psixdir, özü-özünü inkar edən yazı yazıb. Elə adamlar var ki, böyük adamlara sataşmaqla məşhurlaşmağa çalışırlar. Deyərdim ki, bunu ermənilər yazdırıb, inanmıram. Deyərdim ki, MTN tərəfindən yazdırılıb, inanmıram. Deyərdim ki, Bəxtiyar Vahabzadəni düşmən hesab edənlər yazdırıb, buna da inanmıram. Demokratik dövlətik, respublikayıq, Seymur Baycanın öz fikrini bildirib vicdansızlıq etməyinə dəyməz. Bəxtiyar Vahabzadənin hansısa şeirini bəyənməmək olar, hansısa səhvini demək olar. Amma Bəxtiyar Vahabzadənin vətənpərvər ağsaqqal, ədalətli, haqqın tərəfində duran insan olduğunu danmaq olmaz. Seymur bilər, Allahı bilər!”

 

Daha sonra Ziya Əsədov Seymur Baycanı psixoloji yoxlamadan keçirməyin lazım olduğunu vurğulayıb: “Elə adamlar var ki, məsələn, qırmızı rəngli qələmi göstərirsən və qırmızı olub-olmadığını soruşursan, yox cavabı verir. Boğazından yapışıb boğursan ki, ay kişi bu qırmızıdır, boğulsa da qırmızı deyil deyir. Ayağının altına salıb burnunu, ağzını əzirsən, ölümcül hala düşəndə cavab verir ki, niyə məni öldürürsən, guya mən bunun qırmızı olduğunu bilmirəm?! Mən cavan olsaydım bu saat gedib onun ünvanının tapıb döyərdim. Ancaq əgər Bəxtiyar Vahabzadə özü bu həyatda yoxdursa ömrü boyu xidmət etdiyi Azərbaycan xalqı onu müdafiə etməlidir, qohumu, kürəkəni yox. Və inanıram ki, Azərbaycan milləti də onu müdafiə edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07