Azərbaycanın turizm siyasətinə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi hər il bir çox nüfuzlu beynəlxalq turizm sərgilərində iştirak edir. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bu il sentyabr-noyabr aylarında da nazirliyin turizm sərgilərində iştirakı planlaşdırılır. Belə ki, 12 - 15 sentyabrda Yaponiyada keçiriləcək "JATA", 24 - 27 sentyabrda Fransada keçiriləcək "Top Resa", 19 - 21 noyabr tarixlərində İspaniyada baş tutacaq "EİBTM" beynəlxalq turizm sərgilərində Azərbaycan da iştirak edəcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi 2013-cü il ərzində bir neçə beynəlxalq turizm sərgilərində iştirak edəcək.