Rusiyanın məşhur baletmeyster Bakıda "master-klass" keçəcək
19 noyabr 2015 17:12 (UTC +04:00)

Rusiyanın məşhur baletmeyster Bakıda "master-klass" keçəcək

 

Azərbaycan Dövlət Akademik Opera və Balet  Teatrının rəhbərliyi tanınmış rusiyalı quruluşçu baletmeyster və müəllim Aleksandra Tixomirovanı Bakıya dəvət edib. Teatrdan Lent.az-a verilən məlumata görə, A.Tixomirova Teatrın balet truppasının artistləri ilə ustad dərsləri keçirəcək. O, noyabrın 28-dən dekabrın 5-nə kimi Bakıda səfərdə olacaq. Bu müddətdə sənətçi balet truppasının  aparıcı solistləri ilə birlikdə çalışacaq, onların bu və ya digər klassik balet tamaşasında aparıcı partiyaları yüksək professional səviyyədə ifa etməsi üzərində iş aparacaq.

 

Qeyd edək ki, A.Tixomirova N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyası Xoreoqrafiya fakültəsinin məzunudur. O, Mariinski adına Dövlət Opera və Balet Teatrı balet truppasının solisti olmuş, daha sonra Sankt-Peterburq Dövlət Konservatoriyası və Sankt-Peterburqun L.Yakobson adına Dövlət Opera və Balet Teatrında məşqçi müəllim kimi çalışıb. Hazırda isə Tixomirova Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının müəllimi və Belorus Respublikası Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteridir.

 

1997-2012-ci illər ərzində istedadlı xoreoqraf Rusiya, Estoniya, Finlyandiya və Belarusun müxtəlif opera, dramatik və musiqili teatrlarında 60-dan artıq tamaşaya quruluş verib. Bu sırada “Esmeralda” (Estoniya milli operası və Belorus Böyük Teatrında), “Şopeniana” və “Yatmış gözəl” (Samara Opera və Balet Teatrı), “Silfida” və “Jizel” (Belorus Böyük Teatrı), “Messa” (L.Bernstayn) Latviya operasında, “Qraf Monte Kristo”, “Şerlok Xolms” (Raymond Paulsla birgə) və s. baletlərin adını çəkmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318
avatar

Oxşar yazılar