“Möhtəşəm yüz il” serialında Hürrem Sultan və Validə Sultan obrazlarını canlandıran Meryem Uzerli ilə Nebahat Çehre uzun fasilədən sonra birlikdə görüntüləniblər.
Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.
Türkiyə televiziya tarixinin ən populyar seriallarından biri olan “Muhteşem Yüzyıl”ın iki məşhur simasının yenidən bir araya gəlməsi pərəstişkarların diqqətini çəkib. Onların birgə fotosu sosial şəbəkələrdə sürətlə yayılıb.
Serialda Meryem Uzerli Hürrem Sultanı, Nebahat Çehre isə Qanuni Sultan Süleymanın anası Ayşe Hafsa Sultanı canlandırmışdı.