“Hansı vəzifədə işləməyimdən asılı olmayaraq mən ilk növbədə yazıçıyam. Eyni zamanda işlədiyim vəzifələrin də məsuliyyətini hiss edirəm. Yazı masasının arxasında hansı məsuliyyəti hiss edirəmsə vəzifədə də eyni məsuliyyəti hiss edirəm”. Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan baş nazirinin müavini, yazıçı Elçin Əfəndiyev 70 illik yubileyi mərasimində deyib.
Onun sözlərinə görə, yazıçı üçün ən böyük mükafat onun oxucusunun sevgisi, xalqının məhəbbətidir: “Əgər söhbət Azərbaycan Respublikasının ali mükafatlarından gedirsə, bu, mənim üçün çox şərəflidir. Düz 10 il bundan əvvəl Heydər Əliyev sonuncu fərmanı ilə 60 yaşım münasibəti ilə “İstiqlal” ordeni verdi. Üstündən 10 il keçib bu ənənə davam edir. İlham Əliyev 70 yaşımda məni “Şöhrət” ordeni ilə təltif etdi. Bu günlərdə 3000-ə yaxın teleqram almışam. Bunlardan müəyyən qismi rəsmi adamlar olsa da qalanı mənim oxucularımdır. Bütün bunlar bir daha mənim məsuliyyətimi artırır”.