Eldar Quliyevlə vida mərasimi
18 aprel 2021 13:31 (UTC +04:00)

Eldar Quliyevlə vida mərasimi

Xalq Artisti Eldar Quliyevlə vida mərasimi başa çatıb-YENİLƏNİB-FOTO

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi başa çatıb.

 APA-nın əməkdaşının verdiyi məlumata görə, mərasimə mərhumun ölkə xaricində yaşayan qızları Nərminə və İradə Quliyeva da gəlib çata biliblər. 

Saat 13:31

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, mərasim “Təzə Pir” məscidində təşkil olunub.

Qeyd edək ki, Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

 

# 4083
avatar

Oxşar yazılar