Şurikin Ninansının  77 yaşı tamam olur – “Qafqaz əsiri” indi haradadır?
22 iyun 2024 16:14 (UTC +04:00)

Şurikin Ninansının 77 yaşı tamam olur – “Qafqaz əsiri” indi haradadır?

Orta yaşlı insanlar arasında “Qafqaz əsiri” komediya filmini izləməyən, sevməyən tapılmaz. Filmin baş qəhrəmanı Nina - Natalya Varleyin bu gün 77 yaşı tamama olur.

Bəs o haralardadır?

Lent.az aktrisanın sonrakı taleyi barədə məlumat verir.

Filmin ekranlara çıxması ilə bir gecədə məşhurlaşan sirk aktrisası Natalya Varley sonralar bir neçə rola çəkilsə də, yaddaşlarda Nina kimi qalıb.

Natalya Varley gözdənuzaq həyat tərzi keçirməyə üstünlük verir və nadir hallarda televiziyada və ya ictimai tədbirlərdə görünür. Aktrisa film və seriallardakı rollarına ciddi yanaşır. Onun rol aldığı son layihələr 2022-ci ildə “Gözləyə bilməz” və “Aloud” serialları, həmçinin 2021-ci ildə “Lusi xala” mini serialıdır.

“Elə sənətkarlar var ki, onlar üçün hansı filmə  çəkilməyin əhəmiyyəti yoxdur, əsas odur ki, ekrana çıxsınlar. Fərqli mövqeyim var. “Varley niyə bu filmdə rol aldı?” deməkdənsə, “Qafqaz əsiri”ni xatırlasınlar", - o bildirib.

Sənətçinin Moskvanın mərkəzində üç otaqlı mənzili var idi, onu beş il əvvəl satıb, pula iki kiçik mənzil alıb. Birində özü yaşayır, digərini isə oğullarından birinə verib. Vaxtının çoxunu paytaxtdan 40 kilometr uzaqda yerləşən bağ evində keçirir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4929
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar