Şahzadə Diananın   qardaşı onun barəsində sensasion kitab yazdı: “Yalanları ifşa edəcəyəm”
20 avqust 2026 09:37 (UTC +04:00)

Şahzadə Diananın qardaşı onun barəsində sensasion kitab yazdı: “Yalanları ifşa edəcəyəm”

0

Şahzadə Diananın kiçik qardaşı, qraf Çarlz Spenser bacısının həyatının və faciəli ölümündən sonra baş hadisələrlə bağlı yeni kitab nəşr edəcək.

Lent.az xarici mediaya xəbər verir ki, kitab “Swan Song: Diana, My Sister” (“Qu nəğməsi: Diana, mənim bacım”) adlanır və gələn ay satışa çıxarılacaq.

Çarlz Spenser bildirib ki, memuar xarakterli kitabda şahzadə Diana haqqında illər ərzində yayılan bir sıra məlumatlara aydınlıq gətiriləcək. Onun sözlərinə görə, kitabda yalanlar ifşa olunacaq və qəzanın böyük marağına səbəb ola bilməyəcək.

Yeni nəşrdə Uelsin keçmiş şahzadəsinin şəxsi həyatı ilə yanaşı, onun 197-ci ildə Parisdə avtomobil qəzasında ölümündən sonra baş hadisələrə də geniş yer ayrılacağı açıqlanıb.

Qeyd etmək lazımdır ki, Çarlz Spenser uzun illərdir bacısının xatirəsinin qorunması və onun həyatı ilə bağlı yayılan iddialara münasibəti ilə gündəmə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar