Türkiyənin "Sinegraf” kino şirkətinin rəhbəri, rejissor Osman Sınav Azərbaycanın Vətən müharibəsindən bəhs edən bədii film çəkəcək.
Lent.az Türkiyə mətbuatına istinadla bildirir ki, bu barədə rejissor Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşündən bəhs edərkən deyib. "Hazırda Azərbaycanın Türkiyədəki Qurtuluş savaşına yardımı və dəstəyi mövzusu ilə bağlı ciddi layihə üzərində işləyirik. Təbii ki, layihə reallaşdırıldığı zaman həm Azərbaycan, həm də Türkiyə telekanallarının öz dəstəklərini əsirgəməyəcəklərindən əminəm”.
Onu da qeyd edək ki, Osman Sınav məşhur “Qurdlar vadisi” serialının ilk rejissoru və ideya müəllifidir.