Amerikalı yazıçı Haydi Ferrer
18 iyun 2021 14:10 (UTC +04:00)

Amerikalı yazıçı Haydi Ferrer

Koronavirusla “döyüşən” yazıçı intihar etdi

0

Amerikalı yazıçı Haydi Ferrer koronavirusla uzun müddət mübarizə apardıqdan sonra intihar edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ferrerin həyat yoldaşı, kinematoqraf Nika Quta istinadla məlumat yayılıb. .
50 yaşlı Ferrer Los-Ancelesdə intihar edib. Onun 13 yaşlı oğlu Brekson qalıb. 

Yazıçı COVID-19-a 2020-ci ilin aprel ayında yoluxub, bundan sonra sağlamlıq vəziyyəti davamlı olaraq pisləşib. 2021-ci ilin may ayına qədər yataq xəstəsi olub və davamlı fiziki ağrılardan əziyyət çəkib. 

Qadın ağır nevroloji titrəmədən və xəstəliyin bir çox digər ağır əlamətlərindən əziyyət çəkirdi.

Ferrer 1970-ci il mayın 28-də Kanzas ştatının Salina şəhərində anadan olub. O, əvvəlcə aktrisa olmaq istəyib, bunun üçün 80-ci illərin axırlarında Los-Ancelesə gələrək Amerika dramatik incəsənət akademiyasında oxuyub. 

Lakin bir neçə il sonra televiziya şouları üçün ssenari yazmağa başlayıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3675

Oxşar yazılar