Məşhur aktyor Maykl Qambon vəfat edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor bu gün 82 yaşında dünyasını dəyişib. O, pnevmoniya olub və xəstəxanaya yerləşdirilib. Aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bir çox ekran işində rol alan Maykl "Harri Potter" filmində canlandırdığı "Albus Dambldor" obrazı ilə məşhurlaşıb.