Dünyaca məşhur aktyor Robert De Nironun 19 yaşlı nəvəsi Leandro De Niro Rodriges vəfat edib.
Lent.az xarici mətbuqata istinadən xəbər verir ki, aktyorun qızı bu barədə paylaşım edib:
"Gözəl şirin mələyim. Səni bətnimdə hiss etdiyim gündən sevirəm. Sən mənim sevincim, ürəyim və həyatımda həmişə saf və mövcud olan hər şey idin. Kaş ki, indi səninlə ola bildim. Mən sənsiz necə yaşayacağımı bilmirəm, amma sənin anan olduğum zaman mənə hiss etdirdiyin sevgini və işığı davam etdirməyə çalışıram və bunu yaymağa çalışacağam”.
Qeyd edək ki, Leandro De Niro Rodriges 2018-ci ildə “Ulduz doğulur” filmində anası Drena ilə birlikdə rol alıb.