Azərbaycanın tanınmış rəssamı vəfat edib
Bu barədə Lent.az-a Borçalı İctimai Cəmiyyətindən məlumat verilib. Qeyd edək ki, Z.Hüseynov Borçalı İctimai Cəmiyyətinin İdarə Heyətinin üzvü olub.
Hüseynov Zahid İsa oğlu 1945-ci ildə Qaraçöp nahiyəsinin Tüllər kəndində dünyaya göz açıb. 1963-cu ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının monumental keramika şöbəsinə qəbul olunub, orada görkəmli sənətkarlar Rezo İoşvili, Alde Kakabadze və Qoqi Kartvelişvilidən təhsil alıb.
1970-ci ildə təhsilini başa vurub Bakıya gəlib, burada yaşayıb-yaratmağa başlayıb. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1978-ci ildən isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət fakültəsində baş müəllim vəzifəsində çalışırdı. Əsərləri keçmiş SSRİ-nin bir sıra respublikalarında və beynəlxalq sərgilərdə, eyni zamanda Rumıniya, Çexoslovakiya, Macarıstan, Almaniya, İtaliya, Türkiyə, Latviya, Gürcüstan, Litva və s. ölkələrdə nümayiş etdirilib, sənətkarın özü isə bir sıra beynəlxalq simpoziumların iştirakçısı olub.
Z.Hüseynovun 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qanlı hadisələrlə əlaqədar yaratdığı "Şəhid" abidəsi Azərbaycan və gürcü xalqlarının ümumi kədərinin rəmzi kimi Qaraçöp torpağında qoyulub. Rəssam son illərdə (10 il) keramika, heykəltəraşlıq və rəngkarlıq janrlarında 25-ə yaxın biri-digərini təkrarlamayan əsərlər yaradıb.
Allah rəhmət eləsin!

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55