“Kimyagər” gəlir
21 sentyabr 2011 15:06 (UTC +04:00)

“Kimyagər” gəlir

Teatr Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə ədibin “Hekayəti Molla İbrahimxəlil Kimyagər” komediyası əsasında hazırlanmış “Kimyagər” tamaşasını təqdim edəcək.

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tamaşanın bəstəkarı Siyavuş Kərimi, liberetto müəllifi Əjdər Oldur. Əsərə əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verəcək. Quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov olan tamaşada xalq artisti Afaq Bəşirqızı (Kimyagər), əməkdar artist Əkbər Əlizadə, Ramil Qasımov (Həmid), Əzizağa Əzizov, Elxan İsmayılov (Hacı Kərim), Ələkbər Əliyev, Məhərrəm Qurbanov (Ağa Zaman), Ziyadxan Cəbrayılov, Möylə Mirzəliyev (Molla Salman), Novruz Əliyev, Nadir Xasıyev (Məşədi Cabbar), Əliməmməd Novruzov, Hüseyn Əlili (Dərviş), Səmədzadə Xasıyev, Fərid Rzayev (Səfər bəy), Ağaxan Şərifov, Elçin İmanov (Şeyx Salah), Emil Heydərov, Vüqar Hacıyev (Hacı Nuru) iştirak edəcəklər. Gənc rəssamlar Sevinc Həsənova və Novruz Məmmədov tamaşanın bədii tərtibatını verəcəklər.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar