![Xalq artisti Flora Kərimova əməliyyat olunub](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Xalq artisti Flora Kərimova əməliyyat olunub
Azərbaycan estradasının korifeylərindən biri, xalq artisti Flora Kərimova dünən “Medi lux” klinikasında gözündən cərrahiyyə əməliyyatı olunub.
Sənətçinin özünün Lent.az-a verdiyi məlumata görə, əməliyyat uğurlu keçib və hazırda o, özünü yaxşı hiss edir: “Gözümdə aparılmış uğursuz əməliyyata görə, mən yenidən əməliyyat olunmalıydım. Amma hər dəfə bir iş çıxırdı, əməliyyata getmirdim. Nəhayət gözlənilən əməliyyat dünən baş tutdu. Əməliyyat çox rahat və gözəl şəraitdə keçdi. Klinikaya atdığım ilk addımdan etibarən həm həkimlərdən, həm də xəstələrdən böyük qayğı gördüm. Klinikanın bütün heyətinin hörmət və qayğısı ilə əhatə olundum. Mən klinikanın baş həkiminə, əməliyyatımı edən Dilqəm həkimə dərin minnətdarlığımı bildirirəm. Və xüsusi qeyd etmək istəyirəm ki, əməliyyatım təmənnasız həyata keçirildi. Məndən bir qəpik də pul almadılar. Çox sevinirəm ki, millətimiz, xalqımız sənətkara hörmət hissini itirməyib”.
Flora Kərimova bildirib ki, klinikada ona özünə və qızına həsr olunmuş “Nigaranam” adlı kitab da hədiyyə olunub. Kitabın müəllifi Ceyhun Lətafətdir.
Sənətçi əməliyyat olunduğunu övladlarından və qohumlarından gizlətdiyini də deyib: “Düzdü, əməliyyatdan o qədər də qorxmurdum, amma bunu övladlarımdan və qohum-əqrəbamdan gizlətdim. Mətbuatdan oxuyandan sonra hamısının xəbəri olacaq. Yeri gəlmişkən, mən bütün mətbuat işçilərinə, məni yubileyim münasibətilə təbrik edən hər kəsə də öz təşəkkürümü bildirirəm”.
Hər iki gözünün alt və üst qapağında əməliyyat keçirin F. Kərimova onu da qeyd edib ki, şiş çəkilənə, gözləri təbii halını bərpa edənə qədər hələ bir müddət eynəklə gəzəcək: “Amma sonra eynəyimi çıxaracam. Çünki özüm də gözlərim üçün darıxmışam”.
Qeyd edək ki, bu, Flora Kərimovanın gözlərində aparılan sayca üçüncü əməliyyatdır.
Xəyalə Muradlı

Oxşar yazılar
![Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ](https://lent.az/storage/news/2024/july/25/big/66a25fc5a271a66a25fc5a271b172191738166a25fc5a271466a25fc5a2717.jpg)
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
26 iyul 2024 , 20:15![Dünya ədəbiyyatında ən güclü 10 qadın obrazı](https://lent.az/storage/news/2024/july/25/big/66a248c88967566a248c889676172191149666a248c88967166a248c889673.jpg)
Dünya ədəbiyyatında ən güclü 10 qadın obrazı
26 iyul 2024 , 12:24![Bu il baxmalı olduğunuz 15 ən yaxşı animasiya filmi](https://lent.az/storage/news/2024/july/24/big/66a0ffefb354466a0ffefb3545172182731166a0ffefb353f66a0ffefb3541.jpg)
Bu il baxmalı olduğunuz 15 ən yaxşı animasiya filmi
25 iyul 2024 , 12:50![“Halallıq vermədiyim xalq artistləri çoxdur” - Tanınmış aktrisa ilə MÜSAHİBƏ](https://lent.az/storage/news/2024/july/24/big/66a0dcca3eb4466a0dcca3eb45172181831466a0dcca3eb3e66a0dcca3eb41.jpeg)
“Halallıq vermədiyim xalq artistləri çoxdur” - Tanınmış aktrisa ilə MÜSAHİBƏ
24 iyul 2024 , 16:57!["Belə şeylərə nə ehtiyac var?" - Xalq artisti Arif Babayevdən AÇIQLAMA](https://lent.az/storage/news/2024/july/24/big/66a0b0c809b4266a0b0c809b43172180704866a0b0c809b3866a0b0c809b3d.jpg)
"Belə şeylərə nə ehtiyac var?" - Xalq artisti Arif Babayevdən AÇIQLAMA
24 iyul 2024 , 14:34![Fəxri adı ləkələyən XƏTA - Ağadadaş Ağayevi nə gözləyir?](https://lent.az/storage/news/2024/july/24/big/66a0b592560f666a0b592560f7172180827466a0b592560ef66a0b592560f3.jpg)
Fəxri adı ləkələyən XƏTA - Ağadadaş Ağayevi nə gözləyir?
24 iyul 2024 , 13:03![“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb](https://lent.az/storage/news/2024/july/22/big/669e438f4bf1a669e438f4bf1b1721648015669e438f4bf14669e438f4bf17.png)
“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb
23 iyul 2024 , 19:36![Son illərin ən yaxşı 20 qorxulu filmi](https://lent.az/storage/news/2024/july/22/big/669e646613b29669e646613b2b1721656422669e646613b21669e646613b25.jpg)