Miniatür sənətinin tədqiqi, təbliği və inkişafı Proqramı hazırlanır – FOTO
Lent.az-ın məlumatına görə, müzakirədə nazir müavinləri Ədalət Vəliyev və Sevda Məmmədəliyeva, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, xalq rəssamları Altay Hacıyev, Arif Hüseynov və başqaları iştirak ediblər.
Əbülfəs Qarayev bildirib ki, miniatür sənətinin kompleks şəkildə tədqiqi, sənət tariximizin öyrənilməsi, Azərbaycan təsviri-sənətinin genetik əsaslarının müəyyən edilməsi, dünyada tanıdılması, gənc nəsil arasında təbliği, miniatür sənəti ənənələrinin müasir və gələcək təsviri-sənətdə yaşadılması, bu sənət növünün yox olub aradan çıxmasının qarşısının alınmasından ibarətdir. Nazir xüsusilə qeyd edib ki, müxtəlif incəsənət sahələri, xalq yaradıcılığı, folklor nümunələri ilk olaraq respublika daxilində inkişaf etdirilməli, sonradan isə dünya ictimaiyyətinin qarşısına çıxarılmalıdır: “Müxtəlif incəsənət növləri, eləcə də miniatür sənəti bir neçə il ərzində respublika daxilində elə tədqiq olunmalı, elə inkişaf etməlidir ki, sonradan onu beynəlxalq səviyyəyə də yüksəldə bilək. Bunun üçün bizim geniş imkanlarımız və mütəxəssislərimiz var”.
Miniatür sənətini əks etdirən slayd göstəriləndən sonra Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı müvafiq proqramın müzakirəsi jurnalistlərin iştirakı olmadan davam etdirilib.
Xəyalə Muradlı

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23