
“Qoy hamı bilsin ki, Qarabağ bizimdir, bizim də olacaq”
Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun 50 illik yubileyi münasibətilə növbəti tədbir doğulub, boya-başa çatdığı Ağdamda keçiriləcək. Bunu Lent.az-a Mənsum İbrahimov deyib. Onun sözlərinə görə, bununla bağlı artıq Ağdam rayon İcra Hakimiyyəti tərəfindən təklif gəlib: “Yubiley tədbiri Ağdamın bizdə olan hissəsində keçiriləcək. Yaxın günlərdə, təxminən bir həftədən sonra baş tutacaq. Mən Ağdamda, xüsusən də cəbhə bölgəsində bu tədbirin təşkil olunmasını çox vacib hesab edirəm. Çünki Ağdam da, erməni tapdağında olan digər rayonlarımız da əzəli Azərbaycan torpaqlarıdır. Qoy hamı bilsin ki, Qarabağ bizim torpağımızdır, bizim də olacaq”.
Mənsum İbrahimov onu da bildirib ki, yubiley tədbirlərinin sonu olaraq dekabr ayında Heydər Əliyev Sarayında solo konsert verəcək.
Xəyalə Muradlı
Mənsum İbrahimov onu da bildirib ki, yubiley tədbirlərinin sonu olaraq dekabr ayında Heydər Əliyev Sarayında solo konsert verəcək.
Xəyalə Muradlı
Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07